“Fənərbaxça” bu gün Bakıda məğlub edilərsə... MARAQLI XƏBƏR!

3 Oktyabr 13:00 Turan 905
“Fənərbaxça” bu gün Bakıda məğlub edilərsə... MARAQLI XƏBƏR!

Bu gün “Turan Tovuz”l a “Fənərbaxça” arasında yoldaşlıq görüşü keçirəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Milli komandalara dəvət alan futbolçular burada iştirak etməyəcək. Bununla belə, “Turan Tovuz” cəbhəsində vəziyyət bir qədər fərqlidir.

Onları mükafat gözləyir. Mücadilə dostluq xarakteri daşısa da, qazanacaqları pul özlərindən asılıdır.

Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev kollektivi daha da motivasiya eləmək məqsədilə mükafat fondu ayırıb.

Həm gözəl oyuna, həm də qələbəyə görə. Rəqəmlərə gəlincə, 10 min manat da irəli düşə bilərlər, 50 min də.

“Turan”la “Fənərbaxça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər.

İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti