Göz oxşamır, cansıxıcıdır, amma burada bir neçə legioner var ki...

17:00 Turan 912
Göz oxşamır, cansıxıcıdır, amma burada bir neçə legioner var ki...

«Turan Tovuz» bu mövsüm udduğu oyunların heç birində 3 xalı asanlıqla qazanmamışdı

Qəbələ səfəri ilk istisnadır.

Kurban Berdiyev bundan ötrü yalnız futbolçularına minnətdar olmamalıdır.

O, «Qəbələ»də işləyən kolleqası Kaxaber Sxadadzeyə təşəkkür edibmi, görəsən?

Gürcü həmkarı Berdiyevlə şəxsi dueldə taktiki cəhətdən uduzmasaydı, «Qəbələ» də «Turan»ın önündə o cür miskin və halsız görüntü çizməzdi.

«Turan» bu mövsüm Avropaya daha yaxındır. 21 oyuna topladıqları 40 xal komandanı liderlər qrupunun içinə atıb.

Artıq üçüncü yerdədirlər və 1 pillə aşağıdakı «Zirə»ni 5 xal qabaqlayırlar. «Qəbələ» kimi əlavə bir-iki komanda da onlara mübarizəsiz təslim olsa, Konfrans Liqasına vəsiqə qazanacaqlar.

Görünən odur ki, legioner limitinin lətvi Berdiyevin işinə çox yarayıb. O, onsuz da, yerli futbolçulara «ikinci sort» gözüylə baxır.

«Turan»ın oyunu göz oxşamır, cansıxıcıdır, amma burada bir neçə əcnəbi var ki, lokomotivdir, yoldaşlarını arxasınca aparır.

Biz bura Filip Ozobiçi də aid edərdik. Nə olsun ki, bu yarımmüdafiəçi millimizin formasını geyinib, xorvatiyalıdır.

Ozobiç son vaxtlar yaxşı formadadır və təcrübəsi ona imkan verir ki, «Turan»da lider mərtəbəsinə qalxsın.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti