İlk dəfə milliyə dəvət aldı, 5 dəfə artıq əməkhaqqı tələb etdi

14:00 Turan 803
İlk dəfə milliyə dəvət aldı, 5 dəfə artıq əməkhaqqı tələb etdi

Dörd ildir «Turan Tovuz»un formasını geyinən Ayxan Hüseynov özünün yeni qiymətini müəyyənləşdirib.

Yarımmüdafiəçi ona maraq göstərən klublardan aylıq 30 min manat civarında əməkhaqqı tələb edib.

Konfrans Liqasının biraddımlığında olan «Turan Tovuz» 32 ildən sonra qayıtdığı avrokuboklarda bu üzdən onun xidmətindən istifadə edə bilməyəcək.

Bu barədə saytımıza klubdan bildirilib.

Redaksiyamıza verilən məlumata görə, Ayxan Abbasovun ilk dəfə milliyə çağırdığı orta sahə oyunçusu ilə bir müddətdir aparılan danışıqlar yekunlaşıb.

Cari mövsümdə 7000 manat məvacib alan 26 yaşlı Hüseynov 2+1 illik nəzərdə tutulmuş yeni müqavilə imzalamaqdan qətiyyətlə boyun qaçırıb.

Ayxanın 4 ildir formasını geyindiyi klubla kontraktı iyunda bitəcək. Məqsədi karyerasını ölkə xaricində davam etdirməkdir. Meneceri Avropadan bir neçə klubla görüşüb və tərəflər arasında ilkin anlaşma əldə olunub.

“Zenit”in yetirməsi 2022-ci ildən «Turan Tovuzdadır. Hüseynov daha öncə “Ural-2”, “Leninqradets” və “Nijni Novqorod”un da formasını geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti