Berdiyevin bu adama paxıllığı tutdu, “gözümçıxdı”ya saldı, danladı, xəbərdarlıq etdi!

13:00 Turan 1 302
Berdiyevin bu adama paxıllığı tutdu, “gözümçıxdı”ya saldı, danladı, xəbərdarlıq etdi!

«Turan Tovuz»da sular yenidən bulanmağa başlayıb.

Premyer Liqanın 12-ci turunda «Araz-Naxçıvan»ın qonağı olan və qələbə qazana bilməyən (1:1) qərb təmsilçisində gərginlik artıb.

Klubdan redaksiyamıza ötürülən informasiyaya görə, baş məşqçi Kurban Berdiyev bu dəfə futbolçularını tənbeh etməklə yanaşı, Yunis Hüseynovu da danlayıb.

Rusiyalı çalışdırıcı köməkçisinə özünə yığışdırmağı tapşırıb. Bildirib ki, o, son vaxtlar özünü çox aqressiv aparır, oyunlar vaxtı hakimlərlə tez-tez mübahisə edir, ümumi vəziyyəti ağırlaşdırır.

«Baba» xatırladıb ki, texniki zonanın sahibi odur, bundan sonra kiminsə «fit sahibləri»nin qərarlarına reaksiya göstərməsinə, futbolçulara nəsə tapşırıq verməsinə göz yummayacaq.

Berdiyev təlaş içindədir. 73 yaşlı sükançı 1 ildir çiyin-çiyinə çalışdığı yardımçısının kollektiv daxilində necə böyük nüfuz qazandığını görür.

Təbii, qısqancdıqla yanaşır buna. Yerini itirməkdən qorxur. Ehtiyat edir ki, futbolçular Hüseynova «stavka» etməklə, onun «torba»sını tikir.

Uşaq deyil, baxır ki, komanda üzvləri yerli mütəxəssisə necə hörmət bəsləyir. Bu, onun üçün ciddi siqnaldır.

Hüseynovun klub rəhbərliyi ilə də arası sazdır. İdarə Heyətinin sədri Ehtiram Quliyev onu artıq 100 metrdən görəndə yerindən qalxır, ikiəlli görüşür, hər fürsətdə söhbətləşir.

Burada ikinci belə adam yoxdur ki, Quliyev ona bu cür ehtiram göstərsin. Nadir şahı qundaqda, çar Nikolayı taxtda görmüş Beodiyevin müşahidə qabiliyyəti yüksəkdir. Qazdan ayıq insandır.

Təcrübəsi ona deyir ki, Yunis Hüseynov bu minvalla bir müddət sonra baş məşqçi postuna gətiriləcək. O isə bunu istəmir, ən azı müqavilə müddəti bitənədək «Turan»da qalmağa israrlıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti