Tokio-2020: Elçin Əsədov yıxıldı və finişə çatmadı

24 İyul 10:00 Tokio-2020 277
Tokio-2020: Elçin Əsədov yıxıldı və finişə çatmadı

34 yaşında ilk dəfə Olimpiya Oyunlarında çıxış edən velosipedçimiz Elçin Əsədovun debütü olduqca uğursuz alınıb.

Şosse velosipedində qrup ötüşmələri növündə çıxış edən Elçin 57-ci km-də velosipedi aşırıb. Buna baxmayaraq qalxıb mübarizəni davam etdirib.

Amma velosipedçimiz 234 km-lik yürüş məsafəsini sona qədər qət etməyib.

Tokio-2020-nin rəsmi saytının yazdığına görə, Əsədov finişə xəttinə çatmadan yarışı yarımçıq tərk edən 40 velosipedçidən biri olub. Ümumilikdə isə, qrup ötüşmələrində 130 velosipedçi iştirak edib.

SPORTİNFO.AZ

Xəbər Lenti