"Sumqayıt" ölkə xaricində azərbaycanlı futbolçu tapdı

4 Avqust 2020 22:40 Sumqayıt 1 517
"Sumqayıt" ölkə xaricində azərbaycanlı futbolçu tapdı

«Komandanı komplektləşdirmək üçün rəhbərliklə birlikdə əlimizdən gələni edirik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov deyib.

Avrokuboklarda debüt edəcək «kimyaçılar» hazırda bir neçə futbolçu ilə danışıqlar aparır. Onlar ölkə xaricində dünyaya gələn və özünə karyera quran həmvətənlərimizdir:

«Heç olmasa, bir transfer etmək istəyirik. Hələlik ad çəkmək istəmirəm. Ancaq deyə bilərəm ki, danışıqlar apardığımız oyunçulardan biriylə anlaşmağa yaxınıq.

Rəhbərlik hazırda bu variantın üzərində işləyir. Əslində, yaxzşı olardı ki, daha bir neçə nəfərlə güclənək».

Digər Xəbərlər
Xəbər Lenti