“Yaxşı ki, bu qərarı verdim, Azərbaycana gəldim, xoşbəxtəm”

23 Fevral 21:00 Sumqayıt 909
“Yaxşı ki, bu qərarı verdim, Azərbaycana gəldim, xoşbəxtəm”

“Bura gəldiyimə görə xoşbəxtəm”.

“Sumqayıt”ın yarımmüdafiəçisi Roy Kehat Sportinfo.az-a açıqlamasında belə deyib.

İsrailli legioner “kimyaçılar”ın ən məhsuldar futbolçusudur. Premyer Liqada 6 qol vyran Kehat bildirib ki, Azərbaycan çempionatında özünü kifayət qədər rahat hiss edir”:

“Gördüyünüz kimi burada işlərim qaydasında gedir. Yaxşı ki, bu qərarı verdim.

Möhtəşəm kollektivimiz var və bu, sərgilədiyimiz oyunda da özünü göstərir. Digər tərəfdən, oyun üslubumun Premyer Liqaya uyğun olduğunu düşünürəm.

Bir az vaxt lazımdır. Zamanla daha yaxşı olacağıma ümid edirəm.

Fürsətdən istifadə edib, bu işdə mənə dəstək olan klub rəsmilərinə, məşqçi və futbolçu heyətinə təşəkkürümü çatdırıram”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb