İki kluba xəbər göndərdi, istəmədilər, Azərbaycanda qaldı

3 İyul 2020 14:08 Sumqayıt 1 332
İki kluba xəbər göndərdi, istəmədilər, Azərbaycanda qaldı

"Qarabağ"ın yenidən heyətinə cəlb etdiyi Donald Gerye karyerasına Polşada davam etmək istəyib.

Sportinfo.az "Transfery.info" saytına istinadən xəbər verir ki, 31 yaşlı cinah oyunçusunun niyyəti "Legiya" (Varşava) və "Visla" (Krakov) komandalarında oynamaq olub.

Hər iki klub haitili oyunçuya maraq göstərməyib və Gerye bu səbəbdən "Qarabağ"la razılaşıb.

Donald Gerye 2013 - 2016-cı illərdə "Visla"nın formasını geyinib. O, 2017 - 2019-cu illərdə də "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 14:20 Bir də yayda qayıdacaq