
“Sumqayıt” rəhbərliyi əvəzedici komandanın baş məşqçisi postunda növbəti dəfə dəyişiklik edib.
Buna kimi 19 yaşlılarla şalışan Vaqif Cavadov “dubl”un sükanı arxasına gətirilib.
Vaxtilə millimizin formasını geyinmiş sabiq hücumçu ilə 2 ay+1 illik müqavilə imzalanıb.
“Kimyaçılar” bir müddət əvvəl Vüqar Quliyevlə yolları ayırmışdı. MOİK-lə evdə keçirilən matçdan (0:1) sonar istefaya göndərilən mütəxəssisi köməkçisi Azər Mehdiyev əvəzləmişdi.
“Gənclik şəhəri” təmsilçisinin gəncləri I Divizionda uğursuz çıxış edir. Komanda 23 tura cəmi 13 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ