Rəfiyev "Azərikimya"dan pulu son qəpiyinə kimi aldı, sonra da…

23 May 2020 10:52 Sumqayıt 913
Rəfiyev "Azərikimya"dan pulu son qəpiyinə kimi aldı, sonra da…

«Sumqayıt»ın maliyyə problemləri qismən həllini tapıb.

Sportinfo.az-ın məlumatına görə, aylardır maddi sıxıntılardan əziyyət çəkən «kimyaçılar», nəhayət, pul üzü görüb.

Riad Rəfiyevin çoxsaylı cəhdlərindən sonra «Azərikimya» aprel üzrə üzərinə düşən öhdəliyi yerinə yetirib. Baş sponsor «gənclik şəhəri» təmsilçisinə yenə yarı maaş vermək fikrində olsa da, klub prezidenti kollektivə çatası məbləği son qəpiyinədək onlardan ala bilib.

İndi qalır fevral və mart aylarının əməkhaqqı borcu. Axı hər iki ayın məvacibinin 50 faizi kəsilib. Rəfiyev bu problemi də yaxın vaxtlarda aradan qaldıracağını vəd edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"