"Ağayev ayrılması üçün kluba müraciət etməyib"

7 May 2020 17:38 Sumqayıt 658
"Ağayev ayrılması üçün kluba müraciət etməyib"

"Əmir Ağayev ayrılması üçün kluba müraciət etməyib"

Sportinfo.az-a Əmir Ağayevin "Sumqayıt"dan ayrılmaq istəyinə münasibət bildirərkən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

Abbasov, ümumiyyətlə, hazırda bu məsələnin gündəmdə olmadığını bildirib: "Hazırda hələ heç kimin müqaviləsi bitməyib. Hələ müqavilənin bitməsinə 1 ay var.

Çempionat dayanıb və hazırda futbolçularla da görüşmürük. Bu məsələ hazırda gündəmdə deyil. PFL-in qərarın gözləyirik. Çempionat davam edərsə, yəqin ki, futbolçular da çempionatı başa çatdırmaq istəyəcəklər"

Gənc mütəxəssis futbolçularının xarakterinə güvəndiyini və kiminsə ayrılmaq qərarı verməsinə inanmadığına əminliyini ifadə edib: "Öz futbolçularımın xarakterinə bələdəm. İnanıram ki, kiminsə ayrılması olmayacaq. Klub olaraq, futbolçular olaraq ortaq məxrəcə gəlib çempionata davam edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"