Rəfiyevin "Pro" vədi

7 Fevral 2020 21:00 Sumqayıt 929
Rəfiyevin "Pro" vədi

Ötən ilin əvvəlində "Sumqayıt" Futbol Akademiyasının direktoru təyin edilən Hakan Sünalın Azərbaycana gəlməsinin əsl səbəbi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, klubun prezidenti Riad Rəfiyev Almaniyada "Ayntraxt Frankfurt” və “FSV Frankfurt”un akademiyasında çalışmış türkiyəli mütəxəssisə Bakıda "Pro" kaieqoriyası almağa köməklik göstərəcəyini vəd edib.

Rəfiyevin verdiyi vəd havadan deyil. UEFA-nın buradakı məşqçi kurslarının təşkilatçısı AFFA-dır. Riad bəy isə elə federasiyanın öz adamıdır.

Kateqoriyasından asılı olmayaraq bütün məşqçi kursları qurumun icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun təsiri altındadır.

Onun üzərində dayandığı məşqçilər imtahanı necə verməsindən asılı olmayaraq, dərəcə alır. Məmmədovun "Sumqayıt"ın başına gətirdiyi Rəfiyevin xahişini yerinə yetirəcəyi şübhəsizdir.

Bu ikili arasında o qədər gizli çalışma, alış-veriş sahələri var ki… Sünala "Pro" hədiyyə etmək nədir ki, onların yanında..?

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"