"Sumqayıt"ın oyununda 7 qol

14 Yanvar 2020 17:59 Sumqayıt 872
"Sumqayıt"ın oyununda 7 qol

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ilk yoxlama oyununu keçirib. Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Macarıstanın "Kapoşvar" klubu ilə qarşılaşıb.

Kifayət qədər maraqlı alınan görüşdə qapılara 7 qol vurulub. Matçda hesabı komandamız açsa da, sonradan rəqib 3 qol vuraraq, vəziyyəti öz xeyirinə dəyişib. Əzmkarlıq nümayiş etdirən "kimyaçılar" 8 dəqiqəyə hesabı bərabərləşdirsələr də, sona 1 dəqiqə qalmış qol buraxaraq, məğlub olublar.

Yoxlama oyunu

14 yanvar

"Sumqayıt" - "Kapoşvar" - 3:4

Qollar: Mehdi Şərifi, 14, Xəyal Nəcəfov, 68, Amil Yunanov, 76 - M. Adam, 32, R. Naqi, 49, Z. Balaş, 51, 89

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu