Böyük şüşə parçası qırılaraq ayağının üstünə düşdü, əməliyyat oluindu

02:30 Sumqayıt 78
Böyük şüşə parçası qırılaraq ayağının üstünə düşdü, əməliyyat oluindu

"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə əməliyyat olunub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb.

Azərbaycan millisinin də üzvü olan yarımmüdafiəçinin təxminən 5 ay sonra meydana qayıdacağı bildirilib.

Futbolçu ötən gün Misli Premyer Liqasının 1-ci turunda "Neftçi" ilə matçda qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.

O, meydanı tərk edərkən stadionunun dəhlizinin qapısının şüşəsinə əli ilə zərbə vurub. Bu zaman böyük şüşə parçası qırılaraq onun ayağının üstünə düşüb və ciddi xəsarət alıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!