“Sportinfo”nun xəbəri təsdiqləndi - O, tutduğu postdan istefaya göndərildi

15:20 Sumqayıt 594
“Sportinfo”nun xəbəri təsdiqləndi - O, tutduğu postdan istefaya göndərildi

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.

"Gənclik şəhəri" təmsilçisi rəsmi saytı vasitəsilə bu xəbəri açıqlayıb.

Qərar 35 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında bu gün baş tutan iclasdan sonra qəbul edilib.

Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. O, bundan sonra klubun aşağı yaş qruplarından ibarət komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Vaqif Cavadovla ötən il 2,5 illik müqavilə imzalanmışdı.

"Sumqayıt" son olaraq Premyer Liqanın XXXIV turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu sırada yer alıb.

Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.

Vaqif Cavadovun gedəcəyi barədə ilk xəbəri saytımız yayıb. Hələ mayın 5-də tirajladığımız informasiyada klub rəhbərliyinin onu göndərməyə hazırlaşdığını bildirmişdik (https://www.sportinfo.az/idman_xeberleri/sumqayit/220449.html).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti