
«Sumqayıt» növbəti mövsümə yeni baş məşqçi ilə başlayacaq.
Saytımız bununla bağlı son dəqiqə məlumatı əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, əksər futbolçular Vaqif Cavadovun iş metodundan kəskin narazıdır. Onlar klub rəhbərliyinə müraciət edərək, gənc mütəxəssislə daha çalışmaq istəmədiklərini bildiriblər.
Oyunçular Cavadovun kollektiv üzvləri ilə düzgün münasibət qurmadığını, özünü yuxarıdan apardığını, çox vaxt yersiz gərginlik yaratdığını vurğulayıblar.
Şikayətlərin çoxluğunu nəzərə alan rəsmilər Cavadovu sükan arxasından uzaqlaşdırmaq qərarına gəlib.
Amma bu qərarın açıqlanması mayın sonuna saxlanılıb, indiyə yox. Çünki Premyer Liqada mövsümün başa çatmasına hələ 3 tur qalıb.
Vaqif Cavadov ötən ilin oktyabrında yeni işinin başına keçib. O, bu postda Samir Abasovu əvəzləyib.
Cavadov 2025-ci ilin yanvarında baş məşqçi vəzifəsinə təsdiqlənib. Tərəflər arasında 2,5 illik maqavilə imzalanıb.
Sükan arxasında dəyişiklik «kimyaçılar»ı düz yola çıxarmayıb. Komanda geridə qalan müddətdə qeyri-sabit təsir bağışlayıb - həm oyun, həm də nəticə mənasında.
Sumqayıtlılar ölkə kuboku ilə ¼ final mərhələsində vidalaşıb. Premyer Liqanın geridə qalan 33 həftəsində cəmi 30 xal toplayan kollektiv turnir cədvəlinin 8-ci pilləsində yerləşib.
SPORTİNFO.AZ