COP29

“Neftçi”nin futbolçuları Samir Abasovu öz şəhərində utandırdı - VİDEO

9 Dekabr 2024 00:40 Sumqayıt 541
“Neftçi”nin futbolçuları Samir Abasovu öz şəhərində utandırdı - VİDEO

Premyer Liqanın XVI turunda "Sumqayıt" "Neftçi"yə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda ev sahibləri 2:0 hesablı qələbəyə sevinib.

Hesabı 20-ci dəqiqədə Kamran Quliyev açıb. Fasiləyə 2 dəqiqə qalmış isə Cordan Rezabala yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Sumqayıt" altıncı pillədə yer alıb. "Neftçi" isə 13 xalla səkkizinci sırada qərarlaşıb.

"Sumqayıt" - "Neftçi" 2:0

Qollar: Kamran Quliyev, 20; Cordan Rezabala, 43

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 2000 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Kamran Bayramov
Dördüncü hakim: Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Kamran Quliyev, 37 (qeyri-idman hərəkəti); Elvin Bədəlov, 53 (qeyriidman hərəkəti); Rövlan Muradov, 64 (qeyri-idman hərəkəti) // Emil Səfərov, 43 (qeyriidman hərəkəti) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Şahin Abdullayev, ("Sumqayıt") 42 (hakimin
qərarına etiraz)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Sumqayıt”
1. Mehdi Cənnətov
14. Elvin Bədəlov (k)
10. Rəhim Sadıxov
(2. Sertan Taşkın, 72)
7. Rövlan Muradov
17. Murad Xaçayev
30. Kamran Quliyev
(5. Alan Dias, 90)
20. Ayxan Süleymanlı
19. Roi Kehat
(41. Uğur Cahangirov, 90)
95. Miloş Miloviç
23. Cordan Rezabala
(66. Ruslan Əliyev, 78)
60. Tresor Mossi
Ehtiyat oyunçular:
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
21. Nihat Əhmədzadə
24. Sənan Muradlı
64. Kənan Feyziyev
9. Nikola Vuynoviç
18. Kristian Velinovski
Baş məşqçi: Vaqif Cavadov
“Neftçi”
93. Rza Cəfərov (k)
3. Höccət Haqverdi
17. Rəhman Hacıyev
(77. Yeqor Boqomolski, 69)
90. Ramil Şeydayev
(22. Dembo Darbo, 46)
13. Emil Səfərov
6. Rafael Quzzo
10. Filip Ozobiç, 46)
99. Ervin Koffi
23. Robert Bauer
(4. Mark Tamaş, 23)
24. Mustafa Sek
11. Kilan Lebon
88. Andrey Ştoqrin
(47. Murad Məmmədov, 62)
Ehtiyat oyunçular:
1. Emil Balayev
30. Rustam Samigullin
7. Azər Əliyev
91. Ağadadaş Salyanski
20. Alfa Konte
Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti