COP29

"Samir Abasov dəlisov olsa da..." - "Neftçi"nin sabiq idman direktoru

20 Noyabr 2023 19:00 Sumqayıt 1 226
"Samir Abasov dəlisov olsa da..." - "Neftçi"nin sabiq idman direktoru

"Məncə, "Sumqayıt" avrokuboklar üçün vuruşacaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov dilə gətirib.

Hazırda menecer və "tiktoker" kimi fəaliyyət göstərən keçmiş funksioner "kimyaçılar"ın uğurlu mövsüm keçirməsində baş məşqçi amilini xüsusi qabardıb:

"Samir Abasov yaxşı komanda formalaşdırıb. Mən onunla çalışmışam. Bir qədər dəlisov olsa da yaxşı məşqçidir. Yaxşı kollektiv formalaşıb".

Ceyhun bəy uğurlu çıxışı sona qədər davam etdirə bilmək üçün iki məqamı xüsusi qabardıb:

"Amma daha uzun yol qət etmək üçün yeni transferlərə ehtiyac var.

Samir Abasov hər oyuna futbolçuları maksimum hazırlamağa çalışır. Özünün emosiyaları var. Əgər onu bir az saxlaya bilsə, Azərbaycanda ən yaxşı məçqçilərdən biridir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti