COP29

"Milliyə çağırılmamağımın səbəbi mənə də çox maraqlıdır"

17 Noyabr 2023 02:40 Sumqayıt 488
"Milliyə çağırılmamağımın səbəbi mənə də çox maraqlıdır"

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın futbolçusu Rövlan Muradov "report"un suallarını cavablandırıb.

Cari mövsümdə 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalan 25 yaşlı yarımmüdafiəçi qarşıdakı hədəflərindən söz açıb.

Muradov Azərbaycan millisinə dəvət almamasına da toxunub.

- Komandanız Premyer Liqada 13 turdan sonra 21 xalla 3-4-cü yerləri bölüşdürür. Belə nəticə gözləyirdiniz?

- Düzünü desəm, artığını da gözləyirdim. Çünki bəzi matçlarda xallar itirdik. Halbuki həmin görüşlərdə qələbə qazanmaq şansımız yüksək idi. Buna da şükür. Hazırkı mövqeyimizi qoruyub saxlamağa çalışacağıq.

- Sonuncu turda səfərdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdiniz. Bu qarşılaşma haqqında nə deyə bilərsiniz?

- Kimə qarşı oynadığımızı bilirdik. "Neftçi" ölkənin flaqmanıdır. Heyətində kifayət qədər yaxşı oyunçular var və iddialı komandadır. Düşünürəm ki, mübarizə apararaq layiq olduğumuz 3 xalı qazandıq.

- Sanki görüşə əlavə motivasiya ilə çıxmışdınız. Rəqibin sosial şəbəkə hesabındakı paylaşımlarından xəbərdar idiniz?

- Bəli. Bundan xəbərdar idik. Məncə, futbolçu olaraq belə şeylərə fikir verməməliyik. Bizim işimiz meydandadır. Klub, şəhər və azarkeş üçün döyüşmək, yaxşı oyun göstərmək, onları sevindirmək istəyirik. Buna da nail olduq.

- "Sumqayıt" cari mövsümdə nəyə nail ola bilər? Avrokuboklara vəsiqə əsas hədəfdir?

- Hər komanda və futbolçu yüksək pillələr uğrunda oynamaq və avrokuboklara vəsiqə qazanmaq istəyər. Biz də böyük şəhərin komandasıyıq. Bunu da dərk edirik. Ümid edirəm və inanıram ki, hədəflərimizə çata biləcəyik.

- Sabiq klubunuz "Qəbələ" hazırda sonuncu pillədədir. Komandadan getməklə doğru qərar qəbul etdiyinizi düşünürsünüz?

- Bu barədə danışmaq istəmirəm. Ümid edirəm ki, sonuncu pillədən qurtula biləcəklər.

- Mövsümə yaxşı başlasanız da, Azərbaycan millisinin növbəti oyunları üçün heyətə dəvət almamısınız. Sizcə, bunun səbəbi nədir?

- Bu, mənə də çox maraqlıdır. Təbii ki, bu dəfə dəvət gözləyirdim. Özümü hazır hiss edirdim. Amma təəssüflər olsun ki, yenə çağırılmadım.

- Bəlkə millidə mövqeyinizdə çıxış edən oyunçulardan geri qalırsınız?

- Xeyr. Mən belə düşünmürəm.

Digər Xəbərlər
Xəbər Lenti