“Neftçi”dən zərrə qədər çəkinmirik" - Samir Abasov

5 Fevral 2023 20:50 Sumqayıt 604
“Neftçi”dən zərrə qədər çəkinmirik" - Samir Abasov

Azərbaycan Premyer Liqasında XXI turun “Neftçi” – “Sumqayıt” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi.

"Yalnız məğlubiyyətə görə üzülürük. Komandamın oyunundan razıyam. Hər iki hissədə yaxşı oynadıq. Getdikcə daha güclü olacağıq. Yeni oyunçularımıza oyunu tutmaq üçün bir az vaxt lazımdır. Futbolçularımı təbrik edirəm".

- Qış fasiləsindən sonra komanda oyun planında inkişaf edib. Amma fərdi səhvlərdən qollar buraxırsız. Bu, nə vaxta qədər davam edəcək?
- Bunlar futbolçuların üzərində olan şeylərdir. Belə məqamların əziyyətini çəkirik. 3 məğlubiyyəti belə şeylərə görə yaşamışıq. Komanda olaraq rəqibdən daha yaxşı idik. “Neftçi”dən zərrə qədər çəkinmirik. Son zərbə anlarında da çatışmazlıqlar var. Əks halda qollar da vura bilərdik. Neçənci oyundur, mərkəz müdafiəçisiz oynayırıq. Bu da təsir edir. İkinci qolda qayda pozuntusu var idi. Amma əmin deyiləm. İlk qol “Neftçi”nin qapısına vurulsaydı, saatlarla VAR-a baxılardı. Rəqib futbolçulara bir neçə qırmızı vərəqə də verilə bilərdi. Amma bəzi məqamlarla bağlı tam əmin də deyiləm.

- Ehtiyat skamyanız kasaddır...
- Bu, zədəlilərlə bağlıdır. İki mərkəz müdafiəçimiz zədəlidir. Onlardan biri olsa, heyətdəkilərin azı biri ehtiyatda olar. Daha oyunçu götürməyəcəyik. Transfer pəncərəsi bizim üçün bağlanıb. Kamran Əliyevin sənədləri düzəlsə, problem yaşamayacağıq.

- Səbuhi Abdullazadə qərar verməkdə gecikirdi...
- Analizlərə girsəm, adlar çəkməli olacam. Bu da paltardəyişmə otağında dediklərimlə düz gəlməyəcək. Qoy elə pozitiv olaq.

- Sabiq komandanız “Neftçi” nə iləsə diqqətinizi çəkdi?
- Xeyr, “Neftçi” heç nə ilə diqqətimi çəkmədi. Biz bu gün daha yaxşı oynadıq. Bilirsiz ki, həmişə səmimi danışıram.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"