Premyer Liqa klubu legionerə təklif etdi: Pulunu al, kontraktı poz(aq)

5 Dekabr 2022 14:00 Sumqayıt 10 729
Premyer Liqa klubu legionerə təklif etdi: Pulunu al, kontraktı poz(aq)

«Sumqayıt» rəhbərliyi Damian Daniçiçə yeni təklif irəli sürüb.

Yönətim Samir Abasovun əsas komandadan kənarlaşdırdığı xorvatiyalı legionerlə yolları ayırmağı istəyir.

Yayda Azərbaycana gələn və 3 illik müqavilə imzalayan mərkəz müdafiəçisi razılaşsa, müəyyən təzminat qarşılığında önümüzdəki günlərdə kontrakta xitam veriləcək.

Baş məşqçi balkanlı arxa xətt oyunçusunu əvəzedici heyətə göndərib. Abasovun bir daha dönüşünü istəmədiyi 2000-ci il təvəllüdlü Damian sonuncu dəfə Premyer Liqanın 13-cü turunda meydana çıxıb.

Noyabrın 5-də «Neftçi» ilə keçirilən ev matçında 85 dəqiqə forma geyinən Zaqreb «Dinamo»sunun yetirməsi Süleyman Əhmədovla əvəzlənib. Növbəti 2 turda onun adı iştrak ərizəsinə salınmayıb.

Mərkəz müdavfiəçisi artıq I Divizionda da debüt edib. 12-ci turda «Qarabağ»la qarşılaşan gənclər komandasının start heyətində görünən Damian 77-ci dəqiqədə yerini Şəhriyar Fərəcova verib.

"Srvena Zvezda"nın yetirməsi olan Daniçiç karyerası ərzində həmçinin Serbiyanın "Qrafiçar", "Vozdovats", Xorvatiyanın "İstra" və "Varazdin" klublarında çıxış edib

SPORTİNFOAZ

Digər Xəbərlər
Xəbər Lenti