Özbaşınalıq etdi, 2000 manatı cibindən verdi, o da kasıblara payladı

21 May 2022 20:20 Sumqayıt 1 516
Özbaşınalıq etdi, 2000 manatı cibindən verdi, o da kasıblara payladı

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa maraqlı qərar qəbul edib.

O, Sumqayıtda yaşayan aztəminatlı ailələrə və kimsəsizlərə klub adından 2000 manatlıq maliyyə yardımı göstərib.

Bu məbləğ onda haradandır? Məsələ ondadır ki, belaruslu çalışdırıcı Höccət Haqverdini cərimələyib.

Belə ki, Premyer Liqanın 24-cü turunda «Zirə» ilə Sumqayıtda keçirilən görüşdə (0:1) sarı vərəqə alan və cəzalı duruma düşən cənubi azərbaycanlı futbolçu «Neftçi»yə qarşı keçirilən növbəti matça (0:2) gəlməyib.

Odur ki, millinin də formasını geyinən müdafiəçi Aleksey Baqanın qəzəbinə tuş gəlib. “Kapital Arena”dakı qarşılaşmanı evdə ekran başından izləyən Haqverdi 2000 manat cərimələnib.

Belaruslu çalışdırıcı oyundan sonra onunla maraqlanıb və məlum olub ki, müdafiəçi daxili nizam-intizam kodeksini pozub.

Belədə sərt tədbirə əl atmaq məcburiyyətində qalan Baqa komanda yoldaşlarına stadiondan dəstək verməyən Höccəti cərimələyib.

O, 2000 manatı nəqd şəkildə ödəyib, baş məşqçi də həmin pulu yardıma ehtiyacı olanlara paylayıb.

SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!