"Sumqayıt"ın qələbəyə ƏLİ çatdı - FOTOREPORTAJ

10 May 2022 02:20 Sumqayıt 658
"Sumqayıt"ın qələbəyə ƏLİ çatdı - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Sumqayıtın eyniadlı komandası evdə "Şamaxı"nı qəbul edib.

"Kapital Bank Arena"dakı görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb. Hər iki qolu Əli Qurbani vurub. Cənubi azərbaycanlı hücumçu 31-ci və 78-ci dəqiqələrdə fərqlənib.

Bu, "Sumqayıt"ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub. Bundan başqa, komanda 15 turdan sonra 3 xala sevinib.

Qələbədən sonra xallarını 18-ə çatdıran "Sumqayıt" 7-ci pillədəki mövqeyini qoruyub. "Şamaxı" isə 21 xalla 6-cı sırada yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti