
“Sumqayıt”ın yeni transferi sıradan çıxıb.
Araz Abdullayev zədədən əziyyət çəkir.
Bir neçə gün öncə “kimyaçılar”la müqavilə bağlayıb, yanvarın 15-də “Yagelloniya” ilə yoldaşlıq görüşündə meydana çıxan milli üzvü həmin matçda xəsarət alıb.
İlk müayinəyə əsasən Arazın əzələsi dartılıb. Xəsarətin nə dərəcədə ciddi olduğunu Antalyada edilən MRT-nin nəticəsi göstərəcək.
Arazla yanaşı, ardıcıl zədələrdən əziyyət çəkən Əli Qurbani yenə eyni səbəbdən narahatlıq yaşayır.
Sumqayıt” qardaş ölkədə daha 2 sınaq matçında qüvvəsini sınayacaq. Lakin rəqiblərin adları hələ ki, bəlli deyil.
HƏBİB SPORTİNFO.AZ