“Sabah”ın əsas adamı bu adı eşidib nələri etiraf etdi?

16:40 Sabah 137
“Sabah”ın əsas adamı bu adı eşidib nələri etiraf etdi?

Son çempionu Tovuzda çətin sınaq gözləyir.

“Qarabağ” və “Neftçi” ilə qolsuz heç-heçə oynayan “Sabah” bu dəfə bölgədə xal itkisi ilə üzləşməməyə çalışacaq.

Lakin “bayquşlar”ın qarşısında doğma meydanda təhlükəli təsir bağışlayan “Turan Tovuz” var.

“Bizi çətin oyunun gözlədiyinin fərqindəyik. Həqiqətən də maraqlı və gərgin qarşılaşma olacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın hücumameylli yarımmüdafiəçi Velko Simiç deyib.

Komandalar arasında keçirilən son üç çempionat oyununda “Sabah”ın qələbə qazanması qarşılaşma ilə bağlı intriqanı artırmaya bilməz.

Digər tərəfdən, “Turan Tovuz”un Premyer Liqadakı son iki matçda qələbə qazana bilməməsi meydan sahiblərinin qələbə istəyini daha da gücləndirə bilər.

Serbiyalı legioneri rəqibin gücünü etiraf etsə də, “Sabah”ın hədəfinin dəyişmədiyini xüsusi şəkildə qeyd edib:

“Turan Tovuz” yaxşı komandadır. Fiziki cəhətdən hazırlıqlı kollektivdir. Xüsusən də müdafiədə inamlı təsir bağışlayırlar.

Üstəlik, doğma meydanda və azarkeşlərinin önündə oynayacaqlar. Tovuzda oynamaq heç də asan deyil. Lakin rəqibin kimliyindən asılı olmayaraq, bizim hədəfimiz dəyişmir.

Məqsədimiz 3 xaldır. Tovuza qələbə ilə qayıtmaq üçün yollanacağıq”.

Oktyabrın 30-da Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 18:30-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti