Büdcədə kəsir yarandı, satmaq istəyirlər, getmir - Azərbaycana gəlməkdə maraqlı deyil

16:20 Premyerliqa 214
Büdcədə kəsir yarandı, satmaq istəyirlər, getmir - Azərbaycana gəlməkdə maraqlı deyil

Bosniya və Herseqovina millisinin futbolçusu Aydin Hasiç Azərbaycandan təklif alıb.

Sportinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, “Krakoviya”nın yarımmüdafiəçisinə ölkəmizdən maraq var.

25 yaşlı vingerin yaxın zamanda Polşa təmsilçisini tərk etməsi gözlənilir. Səbəb kimi, maliyyə problemi ilə üzləşən klub rəhbərliyinin çıxış yolunu Hasiçi satmaqda gördüyü bildirilib.

Onun satışından əldə olunacaq gəlir Krakov klubunun büdcəsindəki kəsiri aradan qaldırmağa kömək edə bilər.

Hasiçə və onun klubuna Yaponiya və Azərbaycandan təkliflər də olub. Lakin futbolçu adıçəkilən ölkələrə yollanmaqda hələ maraqlı deyil.

Aydin Hasiçin “Krakoviya” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti