Gələcək vəd edən, amma ümidləri doğrultmayanı istedadlar - İçlərində bir azərbaycanlı var

17:00 Araşdırma 167
Gələcək vəd edən, amma ümidləri doğrultmayanı istedadlar - İçlərində bir azərbaycanlı var

Rusiya mətbuatı 2010-cu illərin “Zenit”inin gələcək vəd edən istedadlı futbolçularının hazırkı durumunu araşdırıb.

Sportinfo.az xəbər verir ki, həmin heyətdə gələcəyi parlaq hesab edilən oyunçular arasında Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də göstərilib.

Bildirilib ki, 2010-cu illərin əvvəllərində “Zenit”in akademiyasından çıxan futbolçuların bəziləri 18 yaşında Rusiya Premyer Liqasında debüt edib, bəziləri U-19-ların Avropa çempionatında qalib olub, bəziləri isə Rusiyanın əsas millisində dünya çempionatında iştirak edib.

Lakin onların heç də hamısı Sankt-Peterburq klubunda möhkəmlənə bilməyib.

Ümidləri doğrultmayanlar arasında Ramil Şeydayev də olub. Həmkarlarımız hazırda “Soçi”də çıxış edən 30 yaşlı hücumçunu belə xatırlayıb:

“Şeydayev öz nəslinin “Zenit” akademiyasından çıxan ən məhsuldar futbolçularından biri idi. 2013-cü ildə Rusiya U-17 millisinin heyətində Avropa çempionu oldu,

iki il sonra U-19-la Avropa çempionatında gümüş medal qazandı. “Zenit-2”nin heyətində 44 oyunda 28 qol vurdu. Buna baxmayaraq, Sankt-Peterburq klubunun əsas komandasında cəmi 5 oyun keçirdi.

2016-cı ildə Ramil “Trabzonspor”a keçdi və bir müddət sonra vətəndaşlığını dəyişərək atasının vətəni olan Azərbaycan millisində çıxış etmək qərarına gəldi. Daha sonra onun karyerasında Slovakiya, Rusiya, Tailand və Azərbaycana bir neçə dönüş oldu.

Şeydayevin karyerasında ən önəmli klub “Qarabağ” oldu. O, bu komandanın heyətində Azərbaycan çempionu oldu, avrokuboklarda çıxış etdi və 2022-23 mövsümündə liqanın bombardiri adına yiyələndi.

Bu ilin avqustunda Şeydayev Rusiyaya qayıdaraq “Soçi” ilə müqavilə imzaladı. Qarşısına qoyduğu məqsəd isə Premyer Liqaya yüksəlməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti