Elxan Məmmədov bu məşqçi ilə görüşdü, "millini sənə tapşırırıq, get, hazırlaş" dedi

16 Yanvar 2022 14:40 Sumqayıt 4 839
Elxan Məmmədov bu məşqçi ilə görüşdü, "millini sənə tapşırırıq, get, hazırlaş" dedi

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov U-19-un keçmiş baş məşqçisi Samir Əliyevlə görüşüb.

Bu barədə Sportinfo.az-a federasiyadan məlumat verilib.

Qeyd olunub ki, görüşdə gələcək əməkdaşlığın perspektivi müzakirə olunub. E.Məmmədov gənc mütəxəssisi müjdələyib, onu yeni işə keçəcəyi ilə bağlı bilgiləndirib.

Bildirib ki, AVRO-2023-ün seçmə mərhələsi başa çatandan sonra U-21-in sükanı arxasında dəyişiklik baş verəcək.

Qurumun rəhbəri Milan Obradoviçlə müqavilənin üçüncü müddətə uzadılmayacağını söyləyib və Samir Əliyevə tapşırıb ki, bundan irəl gələn hazırlıq işlərini görsünq, yəni indidən seleksiya fəaliyyətinə başlasın.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti