Millimizin müdafiəçisinin son durumu - Açıqlama

27 Sentyabr 2021 23:40 Sumqayıt 726
Millimizin müdafiəçisinin son durumu - Açıqlama

Dünən Premyer Liqanın 5-ci turu çərçivəsində "Qəbələ"ni qəbul edən "Sumqayıt" ciddi itki ilə üzləşdi.

Belə ki, oyunun 20-ci dəqiqəsində ağır xəsarət alan Elvin Bədəlov yerini komanda yoldaşı Elton Turabova verməli oldu.

Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Ayxan Abbasov ilk baxışdan müdafiəçinin durumunun yaxşı olmadığını bildirdi.

Milli komandamızın da üzvü olan futbolçunun son durumunu bilmək üçün komandanın mətbuat xidməti ilə əlaqə saxladıq.

Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a bunları deyib: "Elvinin durumuna hələ də aydınlıq gəlməyib. Futbolçuya bu gün istirahət verilib, o, sabah MRT müayinəsindən keçəcək. Yalnız bundan sonra Bədəlovla bağlı qəti nəsə demək olar".

Xatırladaq ki, "Sumqayıt" - "Qəbələ" görüşü qolsuz bərabərliklə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti