"Hər bəyəndiyimiz azərbaycanlı bura gəlmək istəmir"

22 Sentyabr 2021 14:00 Sumqayıt 1 439
"Hər bəyəndiyimiz azərbaycanlı bura gəlmək istəmir"

«Biz bu ilin sonunadək daha heç kimi komandaya götürməyəcəyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis bildirib ki, «Aliminium»dan gələn Səid Rza ilə transfer çalışmalarını bitiriblər. O, 1 illik müqavilə imzaladıqları cənubi azərbaycanlı hücumçu ilə uzun müddət maraqlandıqlarını xatırladıb.

Abbasov fikirlərinə bunları əlavə edib: «Büdcəmiz nəyə imkan verdisə, həmin çərçivədə də iş gördük.

Əlbəttə, yaxşı olardı ki, daha bir-iki transfer edək. Hələlik mövcud heyətlə kifayətlənməliyik.

Xaricdə çıxış edən Azərbaycan əsilli futbolçu az deyil, lakin hər bəyəndiyimiz də bura gəlmək istəmir.

Mən komandamda olan bütün futbolçulara inanıram. Hər birinə güvənim böyükdür».

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!