"Biz diktator deyilik, futbolçularla dostuq, qardaşıq" - Ayxan Abbasov

12 Sentyabr 2021 20:50 Sumqayıt 746
"Biz diktator deyilik, futbolçularla dostuq, qardaşıq" - Ayxan Abbasov

"Səbail"i qələbə münasibətilə təbrik edirəm. Çətin səfər olacağını bilirdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqamızın 3-cü turunda səfərdə "Səbail"lə keçirilən oyundan (0:1) sonra mətbuat konfransında deyib.

- Həm meydança amili, həm çempionatda yaranmış fasilənin təsiri var idi. Yenidən çempionatın ab-havasına girmək lazım idi. Birinci hissədə qol imkanlarından istifadə edə bilmədik. ikinci hissədə futbolçular bəzi anlarda konsentrasiyanı itirdi. Qoldan sonra "Səbail" yaxşı müdafiə olundu. Çempionat gərgin keçəcək. Belə məğlubiyyətlər, qələbələr olacaq. Ötən mövsüm də bu cür hallarla rastlaşmışıq. Hər xal bizim üçün dəyərlidir. Bu gün buradan xalla qayıtmaq istəyirdik, təəssüf ki, buna nail ola bilmədik. Tez bir zamanda toparlanıb, bu oyunu təhlil edib, səhvlərdən nəticə çıxarmalıyıq".

- Qapınıza vurulan qol epizodu barədə fikriniz necədir?

- Epizoda baxdım. Gərək bir də dəqiq baxım. Əgər rəqib futbolçular məsafə istəməyibsə, hakim haqlıdır. Futbolda belə şeylər olur. Hər situasiyaya hazır olmalıyıq. Gərək bizim futbolçular diqqətli olardılar. Elə boşluq vermək olmaz.

- Futbolçuların milli komandadan yorğun qayıtmağının məğlubiyyətə təsiri var idi?

- Milli komanda vacibdir. Bunu bəhanə etmirəm. Futbolçular milliyə gedəndə də demişdim ki, buna öyrəşməliyik. Bu, dünyanın hər yerində var. Amma bunun komandaya təsiri var. Bəzi futbolçular millinin heyətində 3 oyunda meydana çıxdı. Bunlar amildir, amma bəhanə deyil.

- Futbolçularla münasibətdə diktator təsiri bağışlayırsız. Bir epizodda oyunçuya dediniz ki, öldürəcəm səni.

- Oyunun içində belə hallar olur. Futbolçunun birə-bir mübarizədən çəkinməyi ən xoşlamadığım şeydir. O, futbolçulara yüngülvari xəbərdarlıq idi. Biz diktator deyilik, futbolçularla dostuq, qardaşıq. Hər zaman oyunçuların arxasında olmuşam.(sportal.az)

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı