
AFFA İcraiyyə Komitəsinin iyunun 16-da keçirilən iclası tarixi qərarlarla əlamətdar oldu.
Uzun illər sonra Azərbaycan futbolunda 3 peşəkar liqanın (premyer liqa, 1-ci divizion, 2-ci liqa) təşkilinə qərar verildi. İlk dəfə premyer liqanı bir komandanın tərk etməsi rəsmiləşdi.
Yevlax, Şəmkir və Qax kimi bölgələrə peşəkar futbolun qayıtması sevindirici oldu. Region Liqasının son qalibi "Qusar" FK-nın 1-ci diviziondan, Lənkəranın isə ümumiyyətlə, bütün liqalardan kənarda qalması təəssüf doğurdu...
İclasa "damğanı" isə İcraiyyə Komitəsinin üzvü, keçmiş xarici işlər naziri Elmar Məmmədyarov yanlış açıqlaması ilə vurdu.
Sportinfo TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetində bütün bunlar haqqında danışıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: