Berdıyev "Turan"ı uçuruma aparır, yoxsa..? - Gündəm yaradacaq VİDEO

19:00 Sportinfo TV 130
Berdıyev "Turan"ı uçuruma aparır, yoxsa..? - Gündəm yaradacaq VİDEO

“Turan Tovuz”un yeni mövsüm uğursuz çıxışı davam edir. Bölgə klubu bu dəfə Qərb derbisində “Kəpəz”ə 0:1 hesabı ilə məğlub oldu.

Gəncə şəhər stadionunda keçirilən qarşılaşmadan sonra tovuzlu azarkeşlərin narazılığı da özünü açıq şəkildə göstərdi.

Tərəfdarlar kütləvi şəkildə baş məşqçi Kurban Berdiyevin istefasını tələb ediblər.

Bəs, əcnəbi mütəxəssis “Turan Tovuz”da niyə gözlənilən nəticəni verə bilmir? Komandanın uğursuz startının səbəbi nədir? Berdiyevlə bağlı qərar verməyin vaxtı çatıb, yoxsa təcrübəli mütəxəssisə daha çox zaman tanınmalıdır?

Sportinfo TV-nin əməkdaşı Xanoğlan İmanov növbəti videosunda məhz “Turan Tovuz”un və Kurban Berdiyevin hazırkı durumundan danışıb.

Digər Xəbərlər
Xəbər Lenti