Premyer Liqada 3-cü turun açılış oyunu Qəbələdə baş tutdu.
Yerli komanda "Şamaxı"nı qəbul etdi.
Sönük keçən matç qolsuz bərabərliklə bitdi.
Ələ düşən azsaylı real qol imkanlarını isə hücumçular çox uğursuz zərbələrlə tamamladı.
"Qəbələ"dən İsmael Akinade, "Şamaxı"dan isə Tornike Axvlediani özünü gülünc hala saldı.
İkili yaxın məsafədən elə bərbad zərbələr vurdu ki...
Təqdim edəcəyimiz videoda baxıb, özünüz şərh edərsiniz.
Mənim isə deyəcəyim başqadır.
Legioner futbolçu yerlidən ən azı 2-3 baş üstün olmalıdır.
Ki, yerli oyunçular da onlara baxıb, nəsə öyrənsin.
İndi Edqar Adilxanov, Şahin Şahniyarov Akinade, Axvlediani kimi gəlmələrdən nə öyrənə bilər axı?
Gənclərimizə belə yadellilərin nümunə olduğunu görəndə, adamın gələcək barədə düşünməyə həvəsi qaçır.
Haqqında bəhs etdiyimiz görüntüləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:
