Çadırlarda yerləşdirilən insanlar İlham Əliyevə təşəkkür etdi - VİDEO

16 Fevral 2023 12:50 Sizdən Bizə 561
Çadırlarda yerləşdirilən insanlar İlham Əliyevə təşəkkür etdi - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb.

Türkiyənin Kahramanmaraş rayonunda zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qurulan çadırlarda yaşayış üçün lazımi şərait yaradılıb. Burada yaşayan insanlar üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib, uşaqlar üçün oyun guşəsi yaradılıb.

Çadırlarda yaşayan insanlar göstərilən dəstəyə və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirirlər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!