"Napoli"nin futbolçusu millimizin formasını geyinmiş atasından danışdı

6 Avqust 2022 00:40 Sizdən Bizə 952
"Napoli"nin futbolçusu millimizin formasını geyinmiş atasından danışdı

“Napoli” və Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya İtaliya mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, “Gonfialarete.com”a açıqlama verən 21 yaşlı yarımmüdafiəçi atası Badri Kvaratsxeliyanın Azərbaycan millisinin sabiq forvardı olduğunu xatırladıb:

"Mən Gürcüstandan gəlmişəm. Kiçik olanda futbolu sevdiyim üçün həmişə futbol oynayırdım. 8 yaşımdan futbol oynamağa başladım, illər keçdikcə yalnız futbol haqda düşünürdüm.

Bu mənim həyatımda ən vacib məsələyə çevrilmişdi. Atam Azərbaycanda çox yaxşı futbol oynayıb.

Ancaq mən futbola atama görə deyil, özüm istədiyim üçün davam etdim. Heç kimin mənə bu barədə nəsə deməsinə ehtiyacım yox idi".

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...