 
            "Beşiktaş" 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
Sportinfo.az xəbər verir ki, Superliqanın son çempionu bununla bağlı feysbuk səhifəsində iki ölkə bayrağının fotosunu paylaşıb.
Fotonun üzərində isə bu sözlər yazılıb: "Dost və qardaş ölkə Azərbaycanın Respublika Günü mübarək olsun".
Daha əvvəl "Qalatasaray" bu münasibətlə ölkəmizə təbrik ünvanlayıb.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            