Premyer Liqa bir aydı start götürüb.
Artıq 4 tur arxada qalıb.
Amma bir illik aradan sonra Premyer Liqaya qayıdan "Şamaxı"nın doğma publika önündə meydana çıxması bu günə təsadüf edir.
Məhz 5-ci tura.
Buna səbəb avrokuboklarda çıxış edən "Sabah" və "Zirə" ilə ev oyunun yerinin dəyişdirilməsi, "Qarabağ"la matçın isə təxirə salınmasıdır.
Nəhayət, 5-ci turun "Neftçi" ilə matçında Şamaxı publikasına bir mövsümlük ayrılıqdan sonra elita həyəcanı yaşamaq müəssər olub.
Şamaxı şəhər stadionunda bilet satışı təşkil olunub.
Qiymətlər isə 3 manatdan başlayır.
Amma bu da onların arenanın yolunu tutmasına mane olmayıb.
Düzdü, tribunalar tam dolmayıb.
Amma 17:00-da start götürən qarşılaşmanın başlamasına 1 saata yaxın vaxt qalmışdan artıq tribunalarda öz yerlərini alanlar vardı.
Kimisi müsiqi alətilə, kimisi klubun atributları, kimisi də açdığı pankartla.
Bir nəfərin "Şir öz elinə qayıtdı" yazılı pankart isə xüsusi diqqət çəkib.
Bir sözlə, bu gün Şamaxıda əsl futbol bayramı hökm sürür.
XANOĞLAN /SPORTİNFO.AZ