Premyer Liqa klubuna 500 manat vəd etdi, sözünü tutmadı

22 Oktyabr 2020 09:28 Səbail 843
Premyer Liqa klubuna 500 manat vəd etdi, sözünü tutmadı

«Səbail»in prezidenti səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayev futbolçuları aldadıb.

Klub rəhbəri «Sabah» üzərində qazanılan 2:1 hesablı qələbəyə görə təyin olunan mükafatı ödəməyib.

Zənn etməyin ki, məbləğ böyükdür və adını çəkdiyimiz iş adamı onu sahiblərinə verməkdə çətinlik çəkir. Vəd edilən mükafat 500 manatdır, bu da yalnız əsas heyətdə meydana çıxanlara aid rəqəmdir.

Gəl ki, Abdullayev Premyer Liqanın ilk 6 turunda 1 qalibiyyəti olan komandanı ənam üzünə həsrət qoyub və indi oyunçuların üzünə də çıxmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?