AFFA işə qarışdı, komanda fəaliyyətini bərpa etdi

19 Sentyabr 2020 12:44 Səbail 1 651
AFFA işə qarışdı, komanda fəaliyyətini bərpa etdi

«Səbail» rəhbərliyi növbəti dəfə fikrini dəyişib.

Sportinfo.az-ın məlumatına görə, Bayıl təmsilçisinin əvəzedici komandasının fəaliyyətini bərpa edib.

Bu, AFFA-nın təsiri və təkidi ilə baş verib. Belə ki, federasiya özünün və SOCAR-ın himayəsi altında olan klubun özbaşına qərar qəbul eləməsindən hiddətlənib, bununla bağlı faktiki olaraq prezident səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayev iradını bildirib.

AFFA əvəzedici komandanın çempionatda iştirakını bərpa eləməsi məqsədilə «dənizçilər»ə qeyri-rəsmi maliyyə dəstəyi verməyi də öz üzərinə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti