Qvatemala KİV-ində sorğu - "Səbail"in qapıçısı zirvədədir

14 Sentyabr 2020 23:20 Səbail 860
Qvatemala KİV-ində sorğu - "Səbail"in qapıçısı zirvədədir

Qvatemala mətbuatı ölkə xaricində çıxış edən qapıçılarla bağlı sorğu keçirir.

Sportinfo.az xəbər verir ki, sıyahıda “Səbail”də çıxış edən Nikolas Hagen də var.

24 yaşlı qapıçısı legioner həyatı yaşan digər həmkarları Rikardo Antonio Jerez, Luis Tatuaka və Xose Agirre ilə yarışır. 400 azarkeşin qatıldığı sorğuda Hagen 49 faiz səs toplayıb. Onu 39 faizlə Jerez izləyir.

Nikolas Hagen “Səbail” forması ilə ilk görüşünü “Zirə”yə qarşı edib. Qvametalı qolkiperin şərəfini qoruduğu “dənizçilər” görüşdən 1:2 hesabı ilə məğlub ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti