6000 dollarlıq futbolçu Bakı klubunu necə "ayaqladı"?

12 Sentyabr 2020 10:56 Səbail 1 247
6000 dollarlıq futbolçu Bakı klubunu necə "ayaqladı"?

Bu gün Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçiriləcək.

"Zirə" səfərdə "Səbail"in qonağı olacaq. "ASCO Arena"dakı görüş saat 19:00-da start götürəcək.

İndiyədək çempionatda 11 dəfə üz-üzə gələn komandaların duelində "dənizçilər" 3 qələbə qazanıblar. "Qartallar" isə 6 qarşılaşmada meydanı 3 xalla tərk ediblər. 2 görüş heç-heçə yekunlaşıb.

Top fərqi də "Zirə"nin xeyirinədir - 15:7. “Səbail” 4 oyundur meydanı qolsuz tərk etmir. “Zirə” isə son iki görüşdə rəqibinə qalib gəlib.

Bayıl təmsilçisi bu matçda Henrik Ekşteyinin xidmətindən yararlanmayacaq. Buna səbəb Cənubi Afrika Respublikasından olan legionerin nizam-intizam riayət etməməsidir.

Baş məşqçi Aftandil Hacıyevin qərarı ilə yarımmüdafiəçi heyətdən kənarlaşdırılıb. Afrikalı futbolçu son məşqlərə brmaqarası yanaşıb və narazılığını büruzə verib.

Bu ilin əvvəlində “Sabah“dan gələn Ekşteyin buradan ayrılmaq niyyətindədir. Bugünlərdə başqa bir ölkədən təklif alan əcnəbi oyunçu maddi problemləri əsas gətirərək, Azərbaycandan getmək istədiyini bildirib.

“Səbail“də ayına 6000 dollar qazanan CAR-lının sözləşməsi gələn ilin yayına qədərdir. “Dənizçilər“ üçün onun son qərarı göjzlənilməz olub.

Hacıyev dəfələrlə Henriklə bu yöndə söhbət etsə və onun komanda üçün önəmli biri olmasını başa salmağa cəhd göstərsə də, o, fikrini dəyişməyib, məşqlərə münasibətini dəyişməyib.

Afrikalı yeni mövsümün açılış həftəsində də forma geyinməyib. O, valideynlərinin avtoqəza keçirməsini dldia edərək, avqustun əvvəlində ölkəsinə yollanıb və vaxtında geri dönməyib. Ekşteyin yalnız ayın 21-də, «Neftçi» ilə oyun gün Bakıya qayıdıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"