"Səbail" intizamsız legioneri komandadan kənarlaşdırdı

12 Sentyabr 2020 00:56 Səbail 705
"Səbail" intizamsız legioneri komandadan kənarlaşdırdı

"Səbail" legioneri Hendrik Ekşteyni əsas komandanın məşqlərindən kənarlaşdırılıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna 29 yaşlı afrikalı yarımmüdafiəçinin nizam-intizam qaydalarını pozması səbəb olub.

Hendrik Ekşteyn 2019/2020 mövsümünün qış fasiləsində "Səbail"ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti