"Bundan sonra minimum 4 yeni futbolçu gətirməyi planlaşdırırıq"

10 Sentyabr 2020 12:58 Səbail 1 071
"Bundan sonra minimum 4 yeni futbolçu gətirməyi planlaşdırırıq"

«Bundan sonra minimum 4 yeni futbolçu gətirməyi planlaşdırırıq».

Bu sözləri Sportinfo.az-a açqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

O, hazırda bir çox legioner barədə məlumatları nəzərdən keçirdiklərini, diqqət çəkənlərin gəlişində isə problemlərin yarandığını bildirib:

«İstər səviyyə, istərsə də maliyyə cəhətdən Premyer Liqanın digər klublarından çox geri qalırıq. Bu da işimizi çətinləşdirir. Aşağı məbləğə kənarda futbolçu axtarmağa məcburuq. Onların da çoxu gəlmək istəmir.

Danışıqlar apardığımız xeyli sayda futbolçu var ki, əvvəl razılıq versə də, sonra fikrini dəyişib. İvan Ostojiçi də bu siyahıya daxil edə bilərəm. Serbiyalıı mərkəz müdafiəçisiyə viza açmışdıq, artıq burada olmalı idi.

Fikirləşdik ki, artıq bu məsələ bitdi, gəlir. Axırda elə söhbətlər ortalığa çıxdı ki… Gəlməmək üçün yüz dənə əsas gətirməyə çalışdı.

Ümumiyyətlə, problemin bir səbəbi də odur ki, klubumuzun maliyyə vəziyyətinin yaxşı olmamasıı haqda çox danışılır. Maraq dairəmizə düşən futbolçuların Azərbaycanda xeyli tanışı çıxış edir.

Gəlməmişdən qabaq buradakılara zəng vururlar, «Səbail»i soruşurlar. Görürəm ki, soruşduqları futbolçular onlara heç də yaxşı söz demir. Buna görə çoxu gəlməkdən imtina edir.

Düzdür, başqa klublar kimi müqavilə şərtləri təklif edə bilmirik, amma bu, lap o təqdim olunan kimi də deyil. rəhbərlik mövcud problemlərin həllini tapmasıı üçün səylə çalışır. Hamısı əlindən gələni edir. Yaxın zamandarda çətinliklər aradan qalxmalıdır. Mən buna inanır və böyük ümidlə gözləyirəm».

Digər Xəbərlər
Xəbər Lenti