Azərbaycanda karyerasını bitirən ulduz yeni iş tapdı

9 Sentyabr 2020 21:20 Səbail 1 042
Azərbaycanda karyerasını bitirən ulduz yeni iş tapdı

"Səbail"dən ayrılan Maykl Essyenin yeni iş yeri bəlli olub.

Sportinfo.az xəbər verir ki, 38 yaşında karyerasını başa vuran sabiq yarımmüdafiəçi Danimarkanın "Norşellan" klubunda baş məşqçi Fleminq Pedersenin köməkçilərindən biri olacaq.

Essyenlə 2020/2021 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Maykl Esyen 2019-cu ilin martından "Səbail"də çıxış edirdi.

Digər Xəbərlər
Xəbər Lenti