Bu legionerin xanımı Azərbaycan klubunun başına "oyun açdı"

9 Sentyabr 2020 10:52 Səbail 1 210
Bu legionerin xanımı Azərbaycan klubunun başına "oyun açdı"

«Səbail» gözləmədiyi hadisə ilə üzləşib.

Sportinfo.az-ın məlumatına görə, «dənizçilər»in müqavilə şərtlərini razılaşdırdığı İvan Ostojiç təyyarə trapından geri dönüb.

Serbiyalı legionerin Azərbaycna gələ bilməsi üçün viza açılıb, təyyarə bileti alınıb, hətta kirayə ev də tutulub. Gəl ki, xanımı son anda futbolçunun ölkəmizə təşrif buyurmasına mane olub.

Koronavirus pandemiyasına görə Finlandiyadan kənara çıxmayan həyat yoldaşı onu boşanmaqla hədələyib. Vəziyyəti belə görən mərkəz müdafiəçisi «Səbail»i məyus edib. Bu ilin əvvəlində «Radniçki»dən «Helsinki»yə keçən Ostojiç paytaxt klubunun heyətində 4 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti