"Videoları izlədim və məni inandırdılar ki, Azərbaycanda futbolçuları sevirlər"

7 Sentyabr 2020 19:02 Səbail 1 219
"Videoları izlədim və məni inandırdılar ki, Azərbaycanda futbolçuları sevirlər"

"Danışıqlarımız bir neçə ay davam etdi.

Sonra videoları izlədim və məni inandırdılar ki, orada məşqçilər futbolçuları sevirlər. Mən də arzumu gerçəkləşdirdim".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in yeni transferi Nikolas Hagen ESPN-ə açıqlamasında deyib. 24 yaşlı qapıçı maddiyyatın onun üçün az əhəmiyyət kəsb etdiyini bildirib.

Hagen “Səbail”lə 1 illik müqavilə bağlayıb. Qvatemala millisinin qolkiperi karyerası ərzində hər zaman böyümək istədiyini və daha yaxşı çıxış etməyə çalışdığını söyləyib:

"Ümid edirəm ki, "Səbail"də buna nail olacam. Azərbaycan Premyer Liqasında mövsüm yeni başlayıb. Burada sürətli futbola və topa sahib olmağa üstünlük verirlər.

Komandaların gücləri demək olar ki, bərabərdir. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Ölkəmin adını uca tutmaq üçün çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti