Bu dəfə qaz vurub, qazan doldurmayacaq – QƏPİK-QURUŞA OK!

4 Sentyabr 2020 10:52 Səbail 1 403
Bu dəfə qaz vurub, qazan doldurmayacaq – QƏPİK-QURUŞA OK!

“Səbail” dünən növbəti transferini həyata keçirib.

Bayıl klubu Əfran İsmayılovu heyətinə cəlb edib.

32 yaşlı cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. Millinin sabiq üzvü ötən mövsümü "Keşlə"də keçirərək, Premyer Liqanın bürünc medalçısı olub.

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev futbolçu karyerası dövründə Əfran İsmayılovla “Qarabağ”da komanda yoldaşı olub.

“Səbail” bu günlərdə milli komandamızın daha bir sabiq üzvü - qapıçı Kamran Ağayevlə anlaşıb. Əfran İsmayıılov da onun kimi “dənizçilər“dən qaz vurub, qazan doldurmayacaq.

O. kifayət qədər aşağı məbləğə gəlib - aylıq gəliri 3500 manatı keçməyəcək. Yarımmüdafiəçinin klubsuz qalmamasında AFFA-nın da rolunu qeyd etməliyik.

Əfranın karyerasını sürdürməsi üçün “Səbail“ rəhbərliyindən ona şərait yaradılması xahiş olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"