"Mən kiminsə çörəyinə toxunan, boş yerə işdən çıxaran deyiləm"

1 Sentyabr 2020 19:02 Səbail 1 444
"Mən kiminsə çörəyinə toxunan, boş yerə işdən çıxaran deyiləm"

«Mənim klubda işim əsasən akademiya ilə bağlı olacaq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in yeni icraçı direktoru Zaur Ramazanov deyib.

Bayıl təmsilçsisində fəaliyyətə başlayan millinin keçmiş futbolçusu əsas komandaya aidiyyətinin olmadığını bildirib: «Mən bura işimi göstərmək və kluba faydalı olmaq üçün gəlmişəm.

İnanıram ki, «Səbail»də uğur qazanacağıq. Klubun aşağı yaş qrupları, onların şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə məşğul olacam.

Siz bilirsiz ki, mən kiminsə çörəyinə toxunan, boş yerə işdən çıxaran deyiləm. Seleksiya prosesində də yaxından iştirak edəcəm. Çalışacam ki, həm kluba köməyim dəysin, həm də məşqçilərə».

Digər Xəbərlər
Xəbər Lenti