Uşağı dünyaya gəldi, getmək istədi, icazə ala bilmədi

1 Sentyabr 2020 10:52 Səbail 880
Uşağı dünyaya gəldi, getmək istədi, icazə ala bilmədi

«Səbail»in legioneri Lemma Mabidi klub rəhbərliyinə müraciət edib.

Sportinfo.az-ın məlumatına görə, Konqo Demokratik Respublikasından olan futbolçu Azərbaycandan ayrılmaq istəyindədir.

O. övladının dünyaya gəlməsi barədə məlumat verərək, ölkəsinə qayıtmaq niyyətini bildirib. «Dənizçilər» mövcud vəziyyəti göz önünə gətirərək, afrikalı yarımmüdafiəçinin fikrinə qarşı çıxıb.

Bu, doğrudan da, haqlı qərardır. Mabidi Azərbaycanı tərk eləsə, dönüşü sual altına düşəcək. Koronavirus böhranı hava nəqliyyatında aktivliyi hədsiz dərəcədə azaldıb.

Ölkədən çıxış və ölkəyə giriş proseduru sərtləşdirilib. Onun qayıtması bir problem, qayıdandan sonra da komandaya qoşulması da başqa bir problemdir. Nə vaxt gedəcək, nə vaxt gələcək….

Hələ bilet tapsa əgər. Və dönəndən sonra mütləq surətdə 14 gün karantində qalmalıdır. TƏBİB-in rəsmi tələbi belədir. Bu isə onsuz da, futbolçu sarıdan korluq çəkən «Səbail»ə sərf etmir.

Digər Xəbərlər
Xəbər Lenti